CƏFƏRİ MƏZHƏBİ

şiəliyin ən geniş yayılmış fiqhi məzhəbdir. Bu məzhəbin adı Cəfər Sadiqlə bağlıdır. O, müxtəlif problemlərin həlli yollarını Quran və hədislərdən axtarıb tapmışdır. O, bəzən rəy metodunu da istifadə edirdi. Ancaq bunu edərkən o, qiyas və istihsan metodlarından istifadə etməmiş, əqli dəlillərə üstünlük vermişdir. Əqli dəlillərə üstünlük verən Cəfər Sadiqə görə hər bir insan bir şeyin yaxşı və pis olduğunu anlayırsa, deməli reallıqda da bu belədir. Cəfəri məzhəbinin davamçıları müctəhidlərin hökmlərini təqlid etməlidirlər. Müctəhidlər şiə məzhəbində böyük rol oynayırlar. Şiəlikdə imamların günahsız olması inancının olduğuna görə onların hər bir buyruğu Allahdan gəlmiş əmr kimi dəyərləndirilir. Buna görə də şiə inancında Quranı yalnız imamlar doğru təfsir edə bilərlər. Yəni, yalnız onlar müqəddəs kitabı doğru anlamağa qadir olmuşdurlar. Bundan başqa şiələr Quran ayələri və hədislərin gizli və açıq mənalarının olduğuna da inanırlar. Cəfərilərin ən tanınmış Quran təfsirləri bunlardır: 1. Hicri təqvimi ilə III-IV əsrlərdə yaşamış Əli İbrahim Qumminin “Təfsirül- Qummi” kitabı; 2. Əbu Cəfər Məhəmməd ibn Həsən Tusinin (460/1068-ci ildə vəfat etmişdir) “Tibyan” (Anlatma) kitabı; 3. Əbu Əli Təbərsinin (548/1153-cü ildə vəfat etmişdir). “Məcmuil-Bəyan fit-Təfsirül- Quran” (Quran yozumu üçün yığılmış anlatmalar) kitabı. Cəfərilərdə hədislərin seçilmə üsulu və onların təsnifi bir çox məqamlarda digər məzhəblərin üsulları kimidir. Ancaq, onların arasında fərqlər də vardır. Məsələn, cəfərilər yalnız Məhəmməd peyğəmbər və Əli ibn Əbu Talibin soyundan olan günahsız əhlibeytin həyatını təsvir edən rəvayətləri hədis hesab edirlər. Onlar digər məzhəblərdə olduğu kimi peyğəmbərin səhabələrinin, onların davamçılarının, onlara yaxın olan insanların rəvayət etdikləri hadisləri şəriət problemlərində dəlil (hüccət) kimi istifadə etmirlər. Cəfərilərə görə Məhəmməd peyğəmbərin sağlığında müsəlmanlar arasında onun həyat yolu haqqında səhih rəvayətlər yayılmışdır. Onları peyğəmbərə yaxın olan səhabələri rəvayət etmiş və yazmışdırlar. Ancaq peyğəmbərin vəfatından sonra bir neçə onilliklər boyu hədislərin yazılması qadağan edilmişdir. Cəfərilər hesab edirlər ki, bunu edən müsəlman hökmdarları yanlışlığa yol vermişdirlər. Çünki, onların fikirlərinə görə Məhəmməd peyğəmbər bütün Quranı təfsir etmişdir. Rəvayətlərdə əks olunan bu təfsirləri bilmədən Quranı əsl mənada anlamaq mümkün deyildir. Elə buna görə də, İslamda çoxlu təriqətlər yaranmışdır. Bundan başqa hədislərin yazılmasının qadağan edilməsi Məhəmməd peyğəmbərin buyruqlarına ziddir. Hədislərin yazılması qadağan edildikdən sonra Əli ibn Əbu Talib peyğəmbərin hədislərinin bilicisi və qoruyucusuna çevrilmişdir. Bu vəzifəni ona peyğəmbərin özü həvalə etmişdir. Çünki o, rəvayətlərin gələcəkdə qadağan ediləcəyini bilirdi. Əli ibn Əbu Talib bu hədisləri öz soyundan olan imamlara, onlar isə xalqa ötürmüşlər. Əli isə bütün səhih rəvayətləri bir kitabda toplamışdır. Cəfəri inancına görə ilk xəlifələr hədislərin yazılmasını qadağan etsələr də, peyğəmbərin əhli-beytinin davamçıları İslam tarixinin ən erkən dövrlərindən bəri onları qorumağa çalışmışlar. İlk hədis kitabını Əli ibn Əbu Talib yazmış, Məhəmməd peyğəmbər də onu bəyənmişdir. Ümumiyyətlə, cəfəri ənənəsində ən etibarlı mənbə hesab edilən ilkin kitabları bunlardır: dünyanın bütün qanunauyğunluqlarını açan “Cəfr və Camiyyə”, şəriət problemlərini əhatə edən “Fəraiz” (dinin əsasları), fiqhi məsələləri izah edən “Əbvabül-Fiqh”, eləcə də Məhəmməd peyğəmbərin qızı Fatimənin hifz etdiyi “Müzhaf”. Cəfərilərə görə yuxarıda adları çəkilən kitablar yazıldıqdan sonra Məhəmməd peyğəmbərin başqa səhabələri də hədisləri toplamağa başlamışlar. Bunlar da Əbu Rəfa (Məhəmməd peyğəmbərin azad etdiyi qulu olmuşdur), Səlman Farisi və Əbu Zər Ğəffari olmuşdurlar. Hədislərin yazılması işini Əsvaq ibn Nəbati, Əbu Rəfanın oğulları Heybulla və Əli, Həras ibn Abdullah Əvari Həmdani, Rabiyə ibn Səmi, Süleyman ibn Qeysi kimi səhabələr davam etdirmişlər. Bu silsilədə daha sonra “Səhifeyi-Səccadiyyə” və “Risaleyi-Hüquq” kitablarının müəllifi imam Zeynül-Abidin, onun tələbələri Zuhri, Nafi Vakidi, Məhəmməd İbn İshaq, eləcə də davamçıları Cabir ibn Abdullah Ənsari, Əbu Tüfeyl Əmir ibn Vail, Səid ibn Müseyyib, daha sonra ikinci nəsildən olan Səid ibn Cübeyr, Əbu Həmzə, Tavus, Zeyd olmuşlar. Üçüncü nəslin nümayəndələri isə imam Bagir və onun tələbələri Yəhyə ibn Qasım, Zürərə, Məhəmməd ibn Müslim, Mütəlləb ibn Zühri və Müaviyə ibn Əmmar olmuşdurlar. Cəfərilər hər hansı bir peyğəmbər hədisini qəbul etmək üçün müəyyən şərtlər irəli sürürlər. Onlardan bəziləri aşağıdakılardır: 1. Hədislər Quran ayələrinə və məntiqə zidd olmamalı; 2. Bütün hədislərin ravilər silsilələri Məhəmməd peyğəmbər və şiə ənənəsində günahsız hesab edilən Əli ibn Əbu Talibin soyundan gələn imamlara (əhli-beytə) gedib çıxmalı; 3. Məhəmməd peyğəmbərin səhabələrinin söylədikləri hədislər, onun əhli-beytindən olan günahsız imamların rəvayətlərinə zidd olmamalıdırlar. Belə olarsa onlar dəlil kimi qəbul edilmirlər; 4. Fiqhi problemlərin çözülməsində səhabələrin deyil, əhli-beytinin təfsiri dəlil kimi əsas götürülməli; 5. Din və onun əsasları ilə bağlı məsələlər yalnız mütəvatir xəbərlərin əsasında qurulur; 6. Səhih olan əhəd xəbərlər yalnız fiqhi məsələlərdə dəlil kimi tanına bilər; 7. Hədisin ravisi yalnız şiə ənənəsində tanınan səhabə olmalıdır. Cəfərilər səhabələrin bir çoxundan rəvayət edilən hədisləri qəbul etmirlər. Çünki, onlar digər insanlar kimi günahkar olmuşlar. Yalnız əhli-beytə yaxın olan Əbu Zər Ğəffari, Səlman Farisi, Əmmar ibn Yasir kimi bəzi səhabələrin hədisləri qəbul edilir. Buna görə də başqa məzhəblərdə səhih kimi qəbul edilən bir çox hədislər cəfərilər tərəfindən şübhə ilə qarşılanır. Cəfərilər bütün hədisləri aşağıdakı kateqoriyalara bölürlər: a) Səhih hədislər - bu kimi hədisləri nəql edən səhabənin silsiləsi əhli-beytə gedib çıxmalı və onların bütün raviləri isna-əşəri şiələri olmalıdırlar; b) Həsən hədislər - bu kimi hədis ravilərinin silsiləsi də günahsız şiə imamlarına gedib çıxmalı, onların bütün ötürücüləri də etibarlı isna-əşəri şiələr olmalıdırlar. Ancaq, bəzi məqamlarda bu kimi rəvayətlər səhih hədislərdən fərqlənir. Məsələn, həsən hədislərin ravilərinin nə dərəcədə inanclı olduqları haqqında məlumat olmaya bilər; c) Müvəssəq hədislər - bunlar etibarlı ravilərin söylədikləri hədislərdir. Onlar da imamlara gedib çıxır. Ancaq, onların raviləri arasında şiə olmayanlar da vardır; ç) Zəif hədislər - bunlar səhih, həsən və müvəssəq hədislərin qarşısında qoyulmuş tələblərə cavab verməyən rəvayətlərdir. Şiəlikdə ən tanınan hədis məcmuələri aşağıdakılardır: 1. Əbu Cəfər Məhəmməd Küleyninin (329/941-ci ildə vəfat etmişdir) “Kitabül- Kafi” kitabıdır ki, orada on altı min hədis vardır; 2. Məhəmməd ibn Əli Babaveyh Quminin (Şeyx Səduqun) “Mən lə Yəhzuruhul- faqih” kitabıdır ki, hüquq məsələləri üzrə dərslik olan bu kitabda 6000-ə yaxın hədis toplanmışdır; 3. Məhəmməd ibn Həsən Tusinin “Təhzib əl-Əhkam” kitabıdır. Hansı ki burada 14000- ə yaxın hədis toplanmışdır; 4. Şəriətin müxtəlif məsələləri üzrə 6000- ə yaxın hədisi toplamış Məhəmməd ibn Həsən Tusinin “İstibsar”; 5. Məhəmməd Bagir Məclisinin (505/1111-ci ildə vəfat etmişdir) “BiharülƏnvar”; 6. Məhəmməd ibn Mürtəzanın (484/1091-ci ildə vəfat etmişdir) “Əl-Kafi”; 7. Məhəmməd ibn Həsən Şeyx Hürr Amilinin (500/1104-cü ildə vəfat etmişdir) “Vasailüş-Şiə” kitablarıdır.
CƏFƏR SADİQ
CƏHƏNNƏM
OBASTAN VİKİ
Cəfəri
Cəfəri — Çətirkimilər fəsiləsinə aid ikiillik bitki cinsi. Cəfəri — Cəfəri məzhəbinin nümayəndəsi.
Bəşşar Cəfəri
Bəşşar Cəfəri (ərəb. بشّار جعفري‎; 14 aprel 1956, Dəməşq) — Suriyalı diplomat. 2006–2020-ci illərdə Suriyanın BMT-dəki daimi nümayəndəsi idi.
Cəfəri-Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfəri (bitki)
Cəfəri (lat. Petroselinum) və ya Bağdanus — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Cəfəri xalq arasında rus dilindəki qarşılığı olan petruşka kimi də bilinən, Azərbaycan mətbəxində geniş istifadə olunan göyərtidir. Cəfəri kök və yarpaq növlərinə ayrılır. Yarpaq cəfəri kök əmələ gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur. Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə, 35 mq% C vitamini vardır. Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu kimidir. Lakin zülal və sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, həmçinin B1 və B2 vitaminləri vardır.
Cəfəri (əqidə)
Cəfərilik və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.
Cəfəri Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Huşəng Cəfəri
Huşəng Cəfəri (هوشنگ جعفری) — müasir azərbaycanlı şair və rəssam. Huşəng Cəfəri 1958-ci ildə Zəncanın Qalacıq kəndində dünyaya gəlib. Rəssamlığı Üstad Rəhim Nəvəsindən öyrənib. Zəncan valiliyinin baş müavinlərindən biri olub. Amma "Hacılar" və "Bəla vurun belə fərmandara" şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılıb. Üç ildən sonra makinaçı kimi xidmətə çağırılıb. Üç qızı və bir oğlu var. Oğlu qrimçi, qızlarından biri şairə, biri rəssam, üçüncüsü isə miniatürçüdür. Huşəng Cəfəri Zəncanın adının yenidən Azərbaycana çevrilməsinə dair tezislər ifadə edib və O adın yenidən zəncana verilməsini istəyir.buna görə cəfəri deyir ki zəncanın adı qızıl azərbaycan (qızılın artırılması daha iki azərbaycandan ayrı tutulmasıdır) olmalıdır niyə ki oradan qızıl özən kimi axar çay keçir və dəyərli qızıl, mis və ayrı mədənlər bu ostanda bulunur.
Azra Cəfəri
Azra Cəfəri (fars. عذرا جعفری‎; 1978, Əfqanıstan) — Əfqanıstanda ilk qadın bələdiyyə sədri olan əfqan siyasətçisi. Azra Cəfəri 2008-ci ilin dekabrında prezident Həmid Kərzai tərəfindən təyin edilmiş Əfqanıstanda ilk qadın bələdiyyə sədri olan əfqan siyasətçisi və qadın hüquqları müdafiəçisidir. O, Əfqanıstanın Daykundi əyalətindəki Nili şəhərinin meri olub. O, Hazara etnik qrupuna aiddir. Cəfəri orada qaçqın kimi yaşayarkən orta məktəbi İranda bitirib və 2005-ci ildə Kabildə Mamalıq məktəbində təhsilini davam etdirib. 2001-ci ilin sonunda Taliban devrildikdən və qərbin dəstəklədiyi yeni Kərzay administrasiyası qurulduqdan sonra o, geri qayıdıb və orada iştirak edib. Azra Cəfəri 1998-ci ildə Əfqanıstanın “Fərhəng” sosial-mədəni jurnalının baş redaktoru olub. O, daha sonra İranda əfqan qaçqınlar üçün ibtidai məktəb açıb, eyni zamanda Qaçqınlar Mədəniyyət Mərkəzində icraçı məmur kimi çalışmışdır. 2001-ci ildə Cəfəri Kabildə Fövqəladə Loya Cirqaya qoşuldu.
Hənbəli məzhəbi
Hənbəli məzhəbi — İslam dünyasında geniş yayılmış hüquq məktəblərindən biri. Onun qurucusu Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuş, erkən yaşlarından Quranı, hədisləri, səhabə və tabiunların həyatını dərindən öyrənmiş, ərəb dilinin incəliklərinə yiyələnmişdir. Lakin onu daha çox hədis və hüquq elmləri maraqlandırmışdır. Bu sahələr üzrə müəllimi hüquqşünas, Hənəfi məzhəbinin qazisi Əbu Yusif olmuşdur. Əhməd ibn Hənbəl mötəziliyi rəsmi dövlət ideologiyasına çevirmiş Abbasi xəlifəsi Məmunun hakimiyyəti dövründə yaşamışdır. O zamanlar mötəzilə kəlamçıları ilə sünni ənənəçiləri arasında Quranın yaradılmış olub-olmaması haqqında qızğın diskussiyalar gedirdi. Mötəzilə mənsubları Quranın yaradılmış olduğunu iddia edir, sünnilər isə bununla razılaşmırdılar. Bu durumu görən xəlifə Məmun 841-ci ildə hamıya zorla "Quranın yaradılmış olması" inancını və başqa mötəzilə ehkamlarını qəbul etdirməyə başlamışdır. Bundan sonra müsəlman alimlərinin əksəriyyəti mötəzilə ehkamlarını qəbul etsələr də, bəziləri bundan imtina etməmişlər. Bu səbəbdən təqiblərlə üzləşənlərdən biri də Əhməd ibn Hənbəl olmuşdur.
Hənəfi məzhəbi
Hənəfi məzhəbi — 4 sünni məzhəbindən biri. Əhli-sünnə yolunun davamçılarının böyük hissəsi bu məzhəbi yaşayır. Məzhəbin qurucusu böyük İslam alimi Əbu Hənifədir (əsl adı Numan bin Sabit) (699-767). Hənəfilik Türkmənistan, Əfqanıstan, Türkiyə, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İordaniya, Tatarıstan, Başqırdıstan, Suriya, İraqın mərkəzi şəhərləri (Ramadi, Bağdad, Tiqrit), İranın Xorasan əyalətində, Cibuti, Bosniya və Herseqovina, Banqladeş, Şri-Lanka və Çinin Sincan-Uyğur Muxtar Rayonunda yayılmışdır. Hənəfi məzhəbi dörd sünni məzhəbinin əhali baxımından ən genişidir. Davamçıları bütün İslam aləminin %56-ni təşkil edirlər. Hənəfi məzhəbi Abbasilər Xilafətinin və Osmanlı dövlətinin rəsmi məzhəbi olmuşdur [mənbə göstərin]. Hənəfi məzhəbi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin ictihadları əsasında formalaşmışdır. Onun tələbələri Əbu Yusuf, Şeyx Züfar və Məhəmməd bin əl-Hasan tərəfindən İmam-Əzəmin fikirləri saxlanılmış, sistemləşdirilmiş və gələcək İslam nəsillərinə ötürülmüşdür. Hənəfi məzhəbində hökm vermənin əsasları: Quran Sünnə (səhabələrdən gələn hədislər) İcma Qiyas 2007-ci ildə Hənəfi məzhəbi Tacikistanın rəsmi məzhəbi elan edilmişdir..
Maliki məzhəbi
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Matüridi məzhəbi
Maturidilik — sələfilik və əşəriliklə yanaşı əhli-sünnənin 3 etiqadi məzhəbindən biri. Bu etiqadi məzhəb Əbu Mansur Muhamməd bin Muhamməd b. Mahmud əl-Maturidinin əqidə ilə bağlı görüşlərini mənimsəyən və bölüşənlərin fikir məzhəbidir. əl-Maturidi hicri 238-ci (miladi 852-ci) ildə Türküstanda Səmərqənd şəhəri yaxınlığındakı bir kənddə türk ailəsində doğulmuşdur. Maturidilər hesab edir ki, hicri II əsrdən etibarən ortaya çıxan bidətçi təriqətlərə, xüsusən də dində yalnız əsasən ağıla üstünlük verən Mötəziləyə qarşı sələfin (peyğəmbər səhabələrinin və onların davamçısı olan tabiinlərin) metodu ilə qarşı çıxmaq, əhli-sünnət inancını qorumaq çətin olduğu üçün inanc mövzusunda, ayə və hədislərlə yanaşı ağıla da yer vermək, Sünnənin mənbələri ilə yanaşı əqli açıqlamalar da edərək məsələnin daha yaxşı başa düşülməsi və qəbul edilməsi üçün əvvəlki alimlərin, xüsusən də fiqhi məzhəb imamlarının — imam Malikin, imam Şafinin, imam əbu-Hənifənin, imam Əhməd ibn Hənbəlin istifadə etmədiyi üsullardan istifadə etmək zərurətə çevrildiyi üçün, əl-Maturidinin görüşləri mühüm əhəmiyyət kəsb etmişdir. Bu üzdən əksər maturidilər Quran ayələrini insan düşüncəsi ilə yozulmasını mümkün saymışdır. Eyni zamanda onlar Allahın endirdiyi ayələrin anlaşılmasında düşüncənin roluna çox əhəmiyyət vermişdir. Xüsusən də bu, Allahın varlığı məsələsinə münasibətdə görünməkdədir. Belə ki, məturidilər düşüncənin vasitəsilə edilən təhlili inkar etməmişdirlər. Maturidi hesab edirdi ki, Allahın varlığı faktını düşüncə ilə də anlamaq olar.
Matüridilik məzhəbi

Matüridiyyə məzhəbi

Qadiyani məzhəbi
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Sünni məzhəbi
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Xarici məzhəbi
Xaricilər (ərəb. الخوارج‎ əl-xəvaric; mənası – çıxıb gedənlər) — erkən İslam məzhəblərindən biri. Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib, özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir. Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan, dindən, haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir.
Xaricilik məzhəbi

Xaricilər məzhəbi

Xariciyyə məzhəbi

Şafi məzhəbi
Şafi məzhəbi — Əhli Sünnədə 4 haqq məzhəbdən biri. Məzhəb imam Şafinin dini elmi görüşləri əsasında formalaşıb. İslam dünyasında ən geniş yayılmış hüquq məktəblərindən olan Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qüreyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, "Üsulul-fiqh" adlanan hüquq metodologiyasında mühakimə çıxarmaq prinsiplərini işləyib hazırlamış və fətvaların yalnız həmin prinsiplər əsasında verilməsi fikrini irəli sürmüşdür. Ona qədər də müctəhidlər fətva vermək məsələsində müəyyən metodlara əsaslanırdılar. Lakin əş-Şafii ancaq istinadları təqdim etməklə kifayətlənməmiş, hüquqi mühakimələr irəli sürülərkən riayət ediləsi vacib metodoloji prinsipləri də göstərmişdir.
Şafii məzhəbi
Şafii məzhəbi (ərəb. الشافعيّة‎ əş-şafiiyyə) — Əhli Sünnədə 4 haqq məzhəbdən biri. Məzhəb imam Şafiinin dini elmi görüşləri əsasında formalaşıb. İslam dünyasında ən geniş yayılmış hüquq məktəblərindən olan Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qüreyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, "Üsulul-fiqh" adlanan hüquq metodologiyasında mühakimə çıxarmaq prinsiplərini işləyib hazırlamış və fətvaların yalnız həmin prinsiplər əsasında verilməsi fikrini irəli sürmüşdür. Ona qədər də müctəhidlər fətva vermək məsələsində müəyyən metodlara əsaslanırdılar.
Şiə məzhəbi
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Cəriri məzhəbi
Cəriri məzhəbi (ərəb. المذهب الجريري‎) — IX əsrdə əsası qoyulmuş və 10-cu əsrdə fəaliyyətini dayandıran sünni islamda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri. Məzhəbin banisi-eponimi Təbəristandan (müasir İran) olan fars əsilli məşhur müsəlman ilahiyyatçısı İbn Cərir ət-Təbəridir (839–923). İbn Cərir Qurana dair ən yaxşı teoloji şərhlərdən birinin (Təfsir ət-Təbəri) müəllifi olmaqla yanaşı, həm də hədis (ilm əl-hədis) və İslam hüququ (fiqh) üzrə alim idi. Uzun müddət hüquqi məsələlərdə əş-Şafiinin davamçısı olan ət-Təbərinin məzhəbi Şafii məzhəbindən çox da fərqlənmirdi və bir çox mühüm cəhətlər bu məzhəbdən götürülmüşdü. Gəncliyində Əhməd ibn Hənbəldən dərs almaq niyyəti ilə Bağdada səfər edən (lakin onun sağlığında tapa bilməyən) ət-Təbəri, sonradan dəfələrlə hənbəlilərlə qızğın polemikaya girmiş və onun ardıcılları hənbəli məzhəbinin enerjili müxalifləri olmuşdur. Təbəri ilə Hənbəlilər arasında düşmənçilik o qədər şiddətlənmişdir ki, 923-cü ildə Təbəri vəfat etdikdən sonra hənbəlilərin dəfni pozmaması üçün o, gecə gizli şəkildə dəfn edilmişdir. Cəriri məktəbi qadınların roluna liberal münasibətilə seçilirdi. Məsələn: Cəririlər qadınların hakim ola biləcəyini və kişilərə namaz qıldıra biləcəyini düşünürdülər. Cəriri məzhəbinin ciddi şəkildə qınadığı fiqhi üstünlük məsələsində də Hənəfi məzhəbi ilə ziddiyyətləri tapılmışdır.
Məhəmməd Tağı Cəfəri
Məhəmmədtəqi Cəfəri — Professor Cəfəri 1304-cü günəş ilində (1926 miladi) Təbriz şəhərinin Dəvəçi məhəlləsində yoxsul bir ailədə doğulmuşdur. Boya-başa çatdıqdan sonra məktəbə getmişdir. O gündüzlər işləyib, gecələr məlumat əldə etmək üçün çalışmışdır. Professor Cəfəri Təbrizin "Talibiyyə" mədrəsəsində (dini təmayüllü məktəb) təhsilin bitirib, Molla Hadi Səbzivarinin "Mənzumə"sindən və Molla Sədranın "Əsfar"ından dərs aldı. Sonra ali təhsil almaq, böyük alimlərin və müctehidlərin dərslərində iştirak etmək üçün Nəcəf-Əşrəf şəhərinə getdi. O, dərin mütailəyə girişdi. Humanitar və ictimai elmləri, qərb fəlsəfəsini diqqətlə izlədi. Beləliklə də elə bir müstəviyə çatdı ki, çagdaş müctehidlər onun məqamını təsdiq etdilər. Sonra 33 yaşlı bu gənc alim İrana gəldi və Tehranda yaşamağa başladı. Professor Cəfəri tədqiqdə, tənqiddə, çıxışda iqtidarlı olub dərin hafizəyə malik idi.